Ötən mövsümün sonunda "Qarabağ"dan Türkiyənin "Ərzurumspor" klubuna keçən İbrahim Şehiç klubdan ayrılmağa qərar verib.
Sportal.az xəbər verir ki, bosniya və herseqovinalı qapıçı aşağı liqaya düşən klubda qalmaq istəmir. 30 yaşlı qapıçının "Trabzonspor"un hədəfində olduğu bildirilir.
Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb.
saytlarin hazirlanmasi