Rəşad Sadiqov karyerasını bərpa etdi

22:00 - 27 May 2019

Ötən mövsüm Tərlan Əhmədovun "Keşlə"yə baş məşqçi postuna keçməsindən sonra Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadiqov onun köməkçilərindən biri oldu.

 

Sportal.az xəbər verir ki, Sadiqov növbəti mövsümdən yaşıl meydanlara qayıdacaq. 36 yaşlı yarımmüdafiəçi oynayan-məşqçi funksiyasını yerinə yetirəcək.

 

Baş məşqçi Tərlan Əhmədovun istəyindən sonra Rəşad Sadiqov belə qərar verib.

 

Sadiqov "Neftçi", "Qarabağ", "Qəbələ" kimi klublarda çıxış edib. O, son olaraq, 2017/18 mövsümündə "Neftçi"də Tərlan Əhmədovun rəhbərliyi altında oynayıb.

Xəbər xətti