"Sumqayıt"ın ötən mövsüm heyətinə cəlb etdiyi Aleksey İsayevlə Əli Babayev göstərdiyi oyunla digər klubların maraq dairəsinə düşə bildi.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri "gənclik şəhəri" təmsilçisində qalmaya bilər. Hər iki futbolçuya sərfəli təkliflər var.
Komandanın növbəti mövsüm üçün planları hələ bəlli deyil. İddialı olmayan heyətdə çıxış etmək istəməyən futbolçular klubdan ayrılmaq fikrindədir. Ancaq onların müqaviləsi olduğu üçün "gənclik şəhəri" təmsilçisinə təzminat ödənməlidir.
Babayev daha öncə sosial şəbəkə hesabında "Sumqayıt"dan ayrılacağına işarə vermişdi.
Milli komandaların oyunlarından sonra hər iki oyunçunun taleyinə aydıblıq gələcək.
"Sumqayıt"la müqavilə müddəti başa çatan Şəhriyar Əliyev komandada qalmağa qərar verib. Azərbaycan millisinin üzvü olan 26 yaşlı müdafiəçi daha bir mövsüm "Sumqayıt"ın uğurları üçün çalışacaq.
saytlarin hazirlanmasi