Elvin Məmmədovun yeni klubu rəsmən bəlli oldu

14:14 - 28 May 2019

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Elvin Məmmədovla anlaşıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

 

Daha öncə 2016/17 mövsümündə də “Qartallar”ın şərəfini qoruyan Məmmədov indiyə qədər “Turan”, “Qarabağ”, “Bakı”, “İnter”, “Qəbələ” və “Sumqayıt”da forma geyinib. Elvin Azərbaycan yığmasında meydana çıxdığı 37 oyunda 7 dəfə fərqlənib.

 

Xəbər xətti