"Neftçi" "Qəbələ"nin legionerini transfer etdi

14:45 - 28 May 2019

"Neftçi" "Qəbələ"nin müdafiəçisi Vojislav Stankoviçin transferində müsbət sonluq əldə edib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" serbiyalı müdafiəçi ilə müqavilənin bütün detallarında razılığa gəlib. 31 yaşlı futbolçu iki illik müqaviləyə qol çəkib. Paytaxt klubu "Qəbələ" ilə 6 ay müqaviləsi qalan serbiyalı üçün aşağı məbləğdə təzminat ödəyəcək.

 

31 yaşlı serbiyalı müdafiəçi 2015-2016 mövsümündə Bakının "İnter" klubunda oynayıb. Stankoviç 2016-cı ildən "Qəbələ" klubunda çıxış edirdi. O, 2010-2015-ci illərdə ölkəsinin "Partizan" klubunun şərəfini qoruyub.

 

Xəbər xətti