Dario Frederikonun "Neftçi" peşmanlığı - əvəzedicilərə göndərildi

14:57 - 28 May 2019

Qış fasiləsində "Neftçi"dən qalmaqallı şəkildə ayrılaraq, Cənubi Koreyanın "Daequ" klubuna transfer olan Dario Frederiko gözləntilərin altında qalıb.

 

Sportal.az xəbər verir ki, Frederiko 13 turdan sonra cəmi 3 oyunda meydana çıxıb (69 dəqiqə). 27 yaşlı vinger Asiya Çempionlar Liqasının oyunları daxil olmaqla 10 oyundur ki, əsas heyətdən uzaqlaşdırılıb.

 

Komandanın braziliyalı çalışdırıcısı Andre Qaspar həmyerlisini əvəzedicilərə yollayıb. "Neftçi"dəki günlərini çıraqla axtaran futbolçu komandadan ayrılmaq niyyətindədir.

 

Frederiko ötən mövsümün əvvəlində “Kəpəz”dən "Neftçi"yə keçmişdi. O, "ağ-qaralar"ın heyətində 17 oyunda 3 qol vurub. Cənubi Koreya mətbuatı "Daequ"nun Darionun keçidi üçün "Neftçi"yə 130 min avro təzminat ödədiyini yazmışdı.

 

Xəbər xətti