"Mançester Yunayted"in sabiq futbolçusu: "Mxitaryan qorxaqdır, özünə pampers alsın"

12:25 - 29 May 2019

Rusiya millisinin sabiq futbolçusu Andrey Kançelskis Bakıda keçirilək Avropa Liqasının "Çelsi" - "Arsenal" finalından danışıb.

 

Sportal.az rusfootbal.info-ya istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis finalda "Çelsi"ni favorit hesab edir:

 

"Əminəm ki, finalda yaxşı futbol olacaq. Ancaq heç vaxt proqnoz vermədim. Komandaların şanslarını dəyərləndirsək, mənə elə gəlir ki, "Çelsi"ni daha çox favorit görürlər. Məncə də, "Çelsi" qalib gələcək. Çünki hər kompozisiyada üstündürlər. Məhsuldaroyun olacaq".

 

Rusiyalı mütəxəssis "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsinə də münasibət bildirib. Kançelskis Mxitaryanı qorxaq adlandırıb:

 

"Bu qərarı anlamıram. Kimdən qorxursan ki? Hansı siyasi münasibət? Futbolçusan, get oyna da. Bu, nə axmaqlıdqdır? Sadəcə, gülməlidir. Bir növ kloun! Futbol futboldur, siyasət də siyasətdir. Orada nə iş görürsən? Azərbaycanla Ermənistan arasındakı münasibətin necə olması önəmli deyil, getməli və oynamalısınız. Yekunda kimsə sizə barmağı ilə də toxunmayacaq. Maradonanı fitə basırdılar, çünki İngiltərəyə əllə qol vurmuşdu. Ancaq Maradona bu gün yaşayır. Mxitaryan çox qorxubsa, uşaq bezi almağa icazə verin. Bir insan istəsə, hər şey edər. Əgər çəkinirsə, etiraf etsin ki, qorxaqdır! Klub rəhbəri olsaydım, vəzifəsini yerinə yetimədiyi üçün Mxitaryanı cəzalandırardım. "Arsenal" Avropa Liqasında uduzsa, Mxitaryan günahkar bilinməlidir. Çünki getmədi, komandasına kömək etmədi".

 

Andrey Kançelskis "Dinamo" (Kiyev), "Şaxtyor", "Mançester Yunayted", "Everton", "Fiorentina", "Reyncers" kimi klublarda çıxış edib.

Xəbər xətti