MOİK-i çempion edən baş məşqçi istefa verdi: "Aldığım məbləğin 50 faizi təklif olundu"

15:15 - 29 May 2019

I Divizion təmsilçisi MOİK-in baş məşqçisi Azər Bağırov klubdan ayrılıb.

 

Gənc mütəxəssis ayrılığının səbəbini Sportal.az-a açıqlayıb

 

"Səbəb büdcənin aşağı düşməsi oldu. Dedilər ki, büdcə aşağı salınır. Demək olar ki, 50 faiz azaldıldı. Buna razılaşmadım və dünən klubdan ayrıldım. Büdcənin aşağı salınmasının səbəblərini bilmirəm. Deyəsən, AFFA-dan dəstək gözləyirdilər. Bu da olmadı.

 

Bilmirəm, klubun qərarı nə dərəcə doğrudur, amma mən işləmək istəmədim. Futbolçuların çoxu komandadan getmək istəyir. I Divizionda vəziyyət məlumdur. Kimin yaxşı təklifi olsa, gedəcək.

 

Klub qərarda tələsdi. Çünki AFFA-da hələ yekun iclas keçirilməyib. Gələn mövsüm üçün təklif edilən şərtlər və şərait məni qane etmədi. Aldığım məbləğin 50 faizi mənə təklif olundu. Buna razılaşmadım.

 

Təkliflər almamışam. Gözləyirik, görək, başımıza nə gələcək".

 

MOİK Azər Bağırovun rəhbərliyi altında mövsümü çempion başa vurub. Ancaq "hərbçilər" Premyer Liqada çıxış etmək üçün lisenziya ala bilməyib.

Xəbər xətti