Mirabdulla Abbasov "Səbail"də

13:51 - 30 May 2019

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov klubdan ayrılmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu üçün "Səbail" rəsmi təklif göndərib. "Ağ-qaralar" Abbasovu satmaq fikrində olmasa da, futbolçu ayrılmaq istəyib.

 

Klub rəhbərliyi komandadan getmək istəyən futbolçunu saxlamağın faydası olmadığını düşünüb. "Səbail" Abbasovun 100 min manatlıq sərbəst qalma dəyərini ödəməyə razı olub. Onunla 3 illik müqavilə imzalanacaq.

 

Anlaşmaya görə, növbəti satışdan "Neftçi"yə də pay düşəcək.

 

Transferin milli komandaların oyunlarıdan sonra rəsmən açıqlanacağı gözlənilir.

 

Mirabdulla Abbasov başa çatan mövsüm Premyer Liqada 28 oyuna 7 qol vurub, 5 assist edib.

 

"Neftçi"nin yetirməsi 2016-cı ildə Latviyanın "Dauqavpils" klubunda icarə əsasında çıxış edib. O, 2016/17 mövsümünü "Sumqayıt"da keçirib.

Xəbər xətti