Böyük Britaniyanın "The Sun" nəşri Şotlandiyanın "Sent-Mirren" klubunun qapıçısı Vatslav Qladkinin "Qarabağ"dan sərfəli təklif aldığını və bu həftə müqavilə imzalamağa məcbur olduğunu yazıb.
Sportal.az "Daily Record"a istinadən xəbər verir ki, klubun icraçı direktoru Toni Fitspatrik bununla bağlı açıqlama verib. O, 28 yaşlı qapıçını komandada saxlamaq istədiklərini deyib:
"Qladki Şotlandiya çempionatından da yüksək yerdə oynamağa layiqdir. "Seltik" və "Reyncers" ona baxmalıdır. Məncə, Vatslav onlar üçün iş görə bilər. O, böyük oyunçudur və bizim üçün yaxşı kəşfdir. Onu qorumaq istəyirik. Müqaviləsinin başa çatmasına bir il qalıb və bunu uzatmaq istəyirik".
Fitspatrik Qladkiyə təkliflər gəldiyini deyib:
"Rusiya və digər ölkələrin klublarından Vatslava təkliflər var. Onun yüksək səviyyəli qapıçı olmasına görə, buna təəccüblənmirəm".
Çexiyalı qapıçı bu ilin yanvarında "Slovan"dan "Sent Mirren"ə keçib və 1,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi