AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, bu oyunlara hazırlığını Bakıda davam etdirən millimizin yarımmüdafiəçisi Eddi İsrafilov sıradan çıxıb.
Klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin toplanışında iştirak edə bilməyəcək. Komandaya əlavə futbolçu dəvət olunmyacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.
saytlarin hazirlanmasi