"Sabah" ilk transferini açıqladı

15:17 - 31 May 2019

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "Sumqayıt"dan ayrılan Cavid Tağıyev bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

 

Karyerası ərzində “Turan”, AZAL, “Qarabağ” və “Zirə”də çıxış etmiş yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub. 

 

Tağıyev Azərbaycan millisində 2 oyun keçirib.

Xəbər xətti