11 illik Azərbaycan karyerasını başa vurdu - duyğusal vida

15:42 - 31 May 2019

"Keşlə"dən ayrılan Denis Silva Kruz Azərbaycanı tərk etməyə qərar verib.

 

Sportal.az xəbər verir ki, 11 il Azərbaycanda oynamış 33 yaşlı müdafiəçi sosial şəbəkə hesabında vida sözlərini yazıb:

 

"Bu 11 il ərzində yaşadığımız hər şey üçün təşəkkürlər. Bir çox zəfər, bir çox təcrübə, anladılacaq hekayələr, bir çox dostluq və düşmənlik. Ancaq ən önəmlisi olan bu ölkə üçün yaratdığımız duyğu idi. Özümüzü evdə hiss edirdik və xoşbəxt idik. Təəssüf ki, ayrılmaq zamanı gəldi. Qalanlar bizi xatırlayacaq mı, yoxsa darıxacaqlar mı, bilmirəm. Ancaq ikinci vətənimiz üçün darıxacağımızdan əminik. Çünki azərbaycanlı kimi hiss edirik. Bu ölkə tariximizin bir parçasıdır. Evliliyimizə burada başladıq və qızımız dünyaya gələndən sonra Azərbaycanda bir həyatımız oldu. Daim qəlbimizdə bizimlə birlikdə olacaq. Təşəkkürlər, Azərbaycan!"

 

Braziliyalı futbolçu 2008-2010-cu illərdə "Xəzər Lənkəran"da çıxış edib. Denis 2010-2012 və 2013-15-ci illərdə "Neftçi"də oynayıb. Təcrübəli müdafiəçi 2015-ci ildən "Keşlə"nin uğurları üçün çalışırdı.

Xəbər xətti