Şafranko: "Azərbaycanla oyun asan olmayacaq"

18:41 - 31 May 2019

Slovakiya millisinin futbolçusu Pavol Şafranko İordaniya ilə yoxlama oyunu və AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla matç öncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mövsümü Şotlandiyanın "Dandi" klubunda keçirən 24 yaşlı hücumçu oyunların asan keçməyəcəyini deyib:

 

"İordaniya və Azərbaycanla oyunlar asan olmayacaq. Belə səviyyəli komandamızla hər iki görüşdə qələbədən başqa hədəfimiz ola bilməz. Seçmə mərhələdə Azərbaycanla görüş uğur qazanmaq baxımından vacibdir. Fiziki və psixoloji cəhətdən yaxşı istirahət etmişəm. Yeni mövsümə hazıram".

 

Qeyd edək ki, Slovakiya  iyunun 7-də Trnavada İordaniya, 11-də isə Bakıda Azərbaycanla qarşılaşacaq.

Xəbər xətti