“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qartallar" Cavid Hüsynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Təcrübəli futbolçu keçidi ilə bağlı bunları deyib: "Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə, bu gün müqavilə bağladıq. "Zirə" ilə müqavilə imzaladığma görə şadam".
Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.
saytlarin hazirlanmasi