Türkiyənin "Kasımpaşa" klubu bu gün baş məşqçi vəzifəsinə rəsmən təyin etdiyi İbrahim Üzülməzlə yolları ayırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalasa da, 4 saat sonra sözləşməsinə xitam verib.
Klub rəhbərliyi və baş məşqçi arasında fikir ayrılığı yarandığı üçün belə qərar qəbul edilib. Üzülməz klubun hədəfləri ilə transfer siyasətində rəhbərliklə sözlərinin üst-üstə düşmədiyini bildirib.
"Kasımpaşa"nı son olaraq Mustafa Dənizli çalışdırıb.
saytlarin hazirlanmasi