Azərbaycan millisinin üzvü "Sumqayıt"dan ayrıldı

11:31 - 2 İyun 2019

"Sumqayıt"da daha bir ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, Əli Babayev "Gənclik şəhəri" təmsilçisini tərk edib. 28 yaşlı futoblçu "instagram" hesabında bu barədə yazıb. O, klub rəhbərliyi, komanda yoldaşları və azarkeşlərə təşəkkür edib.

 

İsrailli futbolçu ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçmişdi. Babayev komandada 29 oyuna 1 qol vurub. Yarımmüdafiəçi Azərbaycan millisinə də dəvət alır. O, Litva ilə yoxlama matçında yığmada debüt edib.

Xəbər xətti