"Keşlə" ilk transferini açıqladı

20:20 - 3 İyun 2019

"Keşlə" yay transfer dönəminin ilk keçidini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu "Sumqayıt"ın qapıçısı Rəşad Əzizli transfer edib. 25 yaşlı qolkiperlə 1+1 şərti ilə müqavilə bağlanıb.

 

Qeyd edək ki, Rəşad Əzizli qış fasiləsində "Neftçi"dən "Sumqayıt"a keçmişdi.

Xəbər xətti