"Qarabağ" "Milan" və "Lester Siti"dən öndə - UEFA-nın reytinqi

10:30 - 4 İyun 2019

UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, sıyahıya İspaniyanın "Real" klubu başçılıq edir. İkinci yerdə "Barselona" (İspaniya), üçüncü yerdə isə "Bayern" (Almaniya) qərarlaşıb.

 

"Atletiko" (İspaniya), "Yuventus" (İtaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "PSJ" (Fransa), "Arsenal" (İngiltərə) və "Portu" (Portuqaliya) klubu ilk onluqdadır.

 

Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu siyahıda 70-cidir. "Qarabağ" İtaliyanın "Milan" (78), İngiltərənin "Lester Siti" (72) və Hollandiyanın "Feyenoord" (71) klublarını qabaqlayır.

 

"Qəbələ" 173-cü, "Keşlə" 273-cü, "Neftçi" 274-cü, "Zirə" 275-ci, "Kəpəz" 276-cı yerlərdə qərarşlaşıb.

Xəbər xətti