"Keşlə"dən ayrılan Azərbaycan millisinin üzvü Amil Yunanovun yeni klubu bəlli olub.
26 yaşlı forvard sabiq klubu "Sumqayıt"a qayıdıb. Yunanov Sportal.az-a açıqlamasında "Gənclik şəhəri" təmsilçisi ilə bir illik müqavilə bağladığını bildirib.
Amil Yunanov "Sumqayıt" tarixində ən çox qol vuran futbolçudur. "Qəbələ"nin yetirməsi 2015-2018-ci illərdə bu komandada çıxış edib. Amil ötən yay "Keşlə"yə keçmişdi.
"Sumqayıt" daha öncə "Zirə"dən Vüqar Mustafayevi rənglərinə bağlamışdı.
saytlarin hazirlanmasi