"Beşiktaş"ın yeni baş məşqçisi Abdullah Avcı sabiq komandası "Başakşəhər"in futbolçusu Edin Vişçanı sərəncamında görmək istəyir.
Sportal.az "Milliyet"ə istinadən xəbər verir ki, "Başakşəhər" rəsmi təklif gələcəyi halda, 29 yaşlı yarımmüdafiəçini 8 milyon avro təzminat qarşılığında buraxmağa hazırdır. "Beşiktaş" isə məbləği aşağı salmağa çalışacaq.
Bosniya və Herseqovina millisinin üzvü 2014-cü ildən "Başakşəhər"də çıxış edir. O, başa çatan mövsüm Super Liqada 34 oyuna 13 qol vurub, 14 assist edib.
saytlarin hazirlanmasi