"Qəbələ"dən ayrılan futbolçu "Səbail"də

18:08 - 4 İyun 2019

"Qəbələ"dən ayrılan Ürfan Abbasovun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını "Səbail"də davam etdirəcək. 26 yaşlı müdafiəçi paytaxt klubu ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Səbail" daha öncə "Zirə"dən ayrılan Kamal Bayramovu transfer etmişdi.

Xəbər xətti