Əfran İsmayılov "Sumqayıt"dan ayrıldı

14:47 - 5 İyun 2019

"Sumqayıt"da daha bir ayrılıq baş tutub.

 

Komandanı təcrübəli futbolçusu Əfran İsmayılov tərk edib. Sportal.az-a danışan təcrübəli yarımmüdafiəçi başa çatmış müqaviləsini uzatmadığını deyib.

 

O, yeni klubunun müəyyənləşmədəyini deyib: "Hələ seçim etməmişəm. Bir neçə variantım var. "Keşlə"? Bu məsələ açıq qalır".

 

30 yaşlı futbolçu başa çatan mövsümdə 20 oyuna 3 qol vurub.

Xəbər xətti