"Zirə"də daha bir ayrılıq reallaşıb.
Qəsəbə təmsilçisi yarımmüdafiəçisi Kamal Mirzəyevlə yolları ayırıb. Yarımmüdafiəçi ilə başa çatmış müqavilənin uzadılmasında anlaşma əldə olunmayıb.
Sportal.az-a açıqlamasında futbolçu bir neçə variantının olduğunu deyib: "Zirə"dən ayrılmışam. Tələsmək istəmirəm. Bir neçə variantım var. Götür-qoy etdikdən sonra doğru qərar vermək istəyirəm".
Kamal ötən mövsüm "Sumqayıt"dan "Zirə"yə keçmişdi. 24 yaşlı futbolçu ötən mövsüm 15 oyun keçirib.
Daha öncə Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana, Dilan Duventru, Vüqar Mustafayev "Zirə"ni tərk edib.
saytlarin hazirlanmasi