"Neftçi"nin tarixi oyununu idarə edən hakim yenidən Bakıya gəlir

15:46 - 5 İyun 2019

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Macarıstan oyununu Hollandiya Futbol Federasiyasından olan Kevin Blom idarə edəcək.

 

Sportal.az xəbər verir ki, FIFA referisi ilk dəfə Azərbaycan milli komandasının görüşünü idarə edəcək.

 

45 yaşlı referi 2012-ci ildə "Neftçi"nin Avropa Liqasının qrup mərhələsində keçiridiyi ilk matçını idarə edib. Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələn "ağ-qaralar"ın İtaliya "İnter"i ilə ev oyunu hollandiyalı hakimə tapşırılmışdı. Blom həmin oyunda Milan klubunun dörd futbolçusuna sarı vərəqə göstərmişdi. Matç isə "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı.

 

Azərbaycan - Macarıstan oyunu iyunun 8-i, 8-ci km stadionunda baş tutacaq.

Xəbər xətti