Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" heyətini gücləndirmək üçün axtarışdadır.
Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu İngiltərə Premyer Liqasını tərk edən "Fulhem"dən Jan-Mişel Serini heyətinə qatmaq istəyir. Məlumata görə, "sarı-qırmızılar" kot-d-ivuarlı yarımmüdafiəçini bir illik icarəyə götürmək üçün təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Fulhem" 27 yaşlı futbolçunu ötən yay "Nitsa"dan 30 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi