Macarıstan millisinin qapıçısı Peter Qulaşçi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri görüş haqda danışıb.
Sportal.az Macarıstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Almaniyanın "Leyptsiq" klubunun 29 yaşlı qapıçı Azərbaycan yığması ilə oyunda qələbə qazanmaq istədiklərini deyib:
"Belə komandalarla qarşılaşanda yaxşı oyun keçirdiyimiz matçlar olub. Azərbaycanda hədəfimiz qələbədir və bunu qazanmaq üçün yaxşı oyun ortaya qoymaq lazımdır. Biz hücum futbolu oynamalıyıq. İlk iki yerdən birini tutmaq istəyiriksə, Azərbaycanı məğlub etməliyik. Rəqibin də Avropa səviyyəli futbolçuları var və qrupdakı digər rəqibləri yaxalamaq üçün yaxşı şansları var. Əgər özümüzü maksimum səviyyəyə çatdırsaq, matçı qazanan tərəf ola bilərik. Azərbaycanın bizi sarsıtmasına imkan verməmək üçün hücum və müdafiə arasındakı tarazlığı qorumaq önəmlidir".
İyunun 8-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi