Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gündən yeni mövsümün hazırlığına start verəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi toplanışın ilk mərhələsini Bakıda keçirəcək. Paytaxt hazırlığından sonra komanda iyunun 18-də Avstriyaya yola düşəcək.
“Qarabağ” Avstriyada 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun çalışdırdığı kollektiv burada Bolqarıstanın “Ludoqorets” (22 iyun), Rumıniyanın “Krayova” (25 iyun), Rusiyanın “Ufa” (28 iyun), Çexiyanın “Viktoriya” (2 iyul) klubları ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi