Azərbaycan millisi barədə şok sözlər: "Agenti olanlar heyətə daxil edilir"

00:29 - 7 İyun 2019

Türkiyənin "Girəsunspor" klubunda çıxış edən Ozan Can Kökcü Azərbaycanın U-21 millisinə Milan Obradoviçin baş məşqçi təyin edilməsindən sonra dəvət almır.

 

Sportal.az-a açıqlama verən futbolçunun atası Halis Kökcü Ozanın Azərbaycan millisindən imtina etmədiyini deyib:

 

"Ozan milli komandadan imtina etməyib. Agenti olanlar heyətə daxil edilir. Rəşad Sadıqov kimi birini xərclədilər, Ozan Can kimdir ki? Rəşad Sadıqov çox yaxşı insandır. Ozanla görüşmüşdü və geri dönməsini istəmişdi. Ancaq indi Ozanla problemi olanlar onu yığmaya dəvət etmədi".

 

20 yaşlı vinger Azərbaycanın U-20 və U-21 millilərində çıxış edib. Gənc futbolçu bir dəfə yığmadan getdiyini açıqlasa da, Rəşad Sadıqov U-21-in baş məşqçisi təyin olunduqdan sonra onu fikrindən daşındırmışdı.

 

Xəbər xətti