Milan Şkrinyar: "Bakıda bacardığımız qədər çox qol vurmalıyıq"

15:08 - 10 İyun 2019

Slovakiya millisinin müdafiəçisi Milan Şkrinyar AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi sport.sk saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, İtaliyanın "İnter" klubunda çıxış edən 24 yaşlı futbolçu oyunla bağlı danışıb:

 

“Bakıda hava çox isti olacaq. Buna baxmayaraq, uğur qazanacağımıza inanıram. İtaliya ilə Slovakiyanın iqlimi oxşardır. Hərdən isti, hərdənsə çox soyuq olur. Havadan asılı olmayaraq, Bakıda bacardığımız qədər çox qol vurmalıyıq. Asan rəqib yoxdur. Qalib gəlmək və üst yerlərdə qalmaq məcburiyyətində olduğumuzu dərk edirik. Digər hesablar da yaxşıdır. Demirəm ki, hər şey əla gedir, amma nisbətən yaxşıdır. Azərbaycana qalib gəlsək, olmaq istədiyimiz yerdə qərarlaşa bilərik”.

 

Xəbər xətti