AÇ-2020-nin seçmə mərhələsində İslandiya ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, "ay-ulduz"ların heyətində Cengiz Ünder sıradan çıxıb. "Roma" klubunda çıxış edən yarımmüdafiəçinin sol üst əzələsində dartılma aşkarlanıb. Bu səbəbdən 21 yaşlı futbolçunun adı iştirak ərizəsindən çıxarılıb.
İslandiya - Türkiyə oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi