AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını 5:1 hesabı ilə məğlub edən Slovakiya millisinin baş məşqçisi Pavel Hapal oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, o, öncə zəfəri şərh edib:
- Son dəqiqəyə kimi əla oynadıq. Qol buraxsaq da, kifayət qədər şanslarımız oldu. Beş qol vurduq, hər şeydən razıyam.
- Qarşınızda bu qədər aciz Azərbaycan yığmasını gözləyirdiniz?
- Düşünmürəm ki, Azərbaycan millisi çox zəif idi. Sadəcə, bizim perfomansımız çox yüksək idi. Rəqibə imkan vermədik. İordaniya ilə yoxlama görüşündə aparıcı üzlvərə istirahət vermişdik. Onlar da bu oyuna tam hazır oldular.
- Robert Bojenikin hücumda oynaması ideyası necə oldu?
- Bu ideya iki gün öncə yaranmışdı. Macarıstan – Azərbaycan oyunundan sonra iki variantımız var idi. Bojenik hücumçu funksiyalarını daha çox yerinə yetirir.
- Marek Hamşin dubl etməklə yığma komanda tarixinin bombardiri oldu. Bu barədə nə deyə bilərsiniz?
- Onun uğuruna çox sevindim. Doğum günümüz eyni günə təsadüf edir, ancaq mən yaşda indan böyükəm. Hamşiki təbrik edirəm!
- Bakıya yenidən qayıtmaq istəyirsiniz? Çünki AÇ-2020-nin final mərhələsinin 4 oyunu Azərbaycanda keçiriləcək. Slovakiya millisinin də qrupda şansları yüksəkdir.
- Əlbəttə, qazanılan 3 xalla yanaşı, yekunda vurduğumuz qollar da rol oynaya bilər. Bu gün çox yaxşı nəticə qazandıq. Təbii ki, Bakıya yenidən gəlmək istərdim. Gözəl şəhəriniz və stadionunuz var.
saytlarin hazirlanmasi