AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədov millinin evdə AÇ-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə uduzduğu oyundan sonra təcili toplantı keçirib.
Sportal.az xəbər verir ki, "Bakcell Arena"nın VIP lojasında baş tutan görüşdə yığmanın baş məşqçisi Nikola Yurçeviç və İcraiyyə Komitəsinin bir neçə üzvü olub.
Macarıstan və Slovakiya ilə oyundakı məğlubiyyətin hesabatı istənilib. Uzun çəkən görüşdən sonra Nikola Yurçeviç yığma komandanın paltardəyişmə otağına yollanıb. O, futbolçularla 10-15 dəqiqə söhbət edib.
Onun yığma üzvləriylə vidalaşdığını da ehtimal etmək mümkündür. Rəsmi xəbər olmasa da, AFFA xorvatiyalı mütəxəssisi istefaya göndərə bilər. Çünki bu məğlubiyyətlərdə bir "günah keçisi" tapılmalıdır.
saytlarin hazirlanmasi