Marek Hamşik Azərbaycanla oyunda rekorda imza atdı

13:53 - 12 İyun 2019

AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbayacana 5:1 hesablı qələbə qazanan Slovakiya millisinin kapitanı Marek Hamşik rekord göstəriciyə nail olub.

 

Sportal.az xəbər verir ki, matçda iki qol vuran 31 yaşlı yarımmüdafiəçi yığmada ən çox qol vuran futbolçu adını qazanıb. O, 114-cü oyununda 24-cü qolunu vurub.

 

Hamşik aktivində 23 qol olan Rober Vitteki geridə qoymağa müvəffəq olub.

Xəbər xətti