“Gold Cup” turnirinə hazırlaşan Haiti millisi Qayana yığma komandası ilə yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi oyunda 3:1 hesabı ilə qalib gəlib.
90 dəqiqə meydanda olan Gerye komandasının ikinci qolunu vurub. Cinah futbolçusu 29-cu dəqiqədə fərqlənib.
Qeyd edək ki, Geryenin "Qarabağ"la müqaviləsi başa çatıb. Onun Ağdam klubunda qalıb-qalmayacağı bilinmir.
saytlarin hazirlanmasi