Ramil Şeydayev klubunu dəyişir

12:17 - 13 İyun 2019

Rusiyanın "Krılya Sovetov" klubu ilə müqaviləsi başa çatan Ramil Şeydayev gələcək karyerası ilə bağlı qərar verməyib.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun Samara klubundan ayrılmaq ehtimalı var. Onun Premyer Liqanın digər klubları ilə danışıqlar apardığı vurğulanıb. Ramilin növbəti mövsüm də Rusiya Premyer Liqasında çıxış edəcəyi dəqiqdir.

 

Daha öncə Şeydayevin Moskvanın ÇSKA klubunun transfer hədəfində olduğu yazılmışdı.

 

Şeydayev Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə uduzduğu oyundan sonra "Krılya Sovetov"dakı gələcəyi barədə qərarlı olmadığını bildirmişdi.

 

Qeyd edək ki, Ramil ötən mövsümün əvvəlindən çıxış etdiyi "Krılya Sovetov"da 18 oyuna 4 qol vurub.

Xəbər xətti