"Beşiktaş"ın hücumçusu Burak Yılmazın İtaliya A Seriyasında oynamaq variantı yaranıb.
Sportal.az "Football Iitalia"ya istinadən xəbər verir ki, elitaya yüksələn "Leççe" 33 yaşlı hücumçunun agenti ilə təmasa keçib. Apuliyalılar türkiyəli forvarda iki illik müqavilə təklif edib. Ancaq Burak təklifə müsbət yanaşmayıb və "Leççe" bu keçiddən imtina edib.
Türkiyə millisinin üzvü ötən mövsüm "Trabzonspor" və "Beşiktaş"da 22 oyuna 16 qol vurub.
saytlarin hazirlanmasi