2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Keşlə”də keçirmiş Sertan Taşqınla anlaşıb. 2 illik müqavilə imzalayan 21 yaşlı futbolçu “Sumqayıt”da 22 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sertan Taşqın peşəkar futbolçu karyerası ərzində yalnız “Keşlə”nin heyətində çıxış edib (55 oyun, 4 qol). Sertan həmçinin U-19 (3 oyun) və U-21 milli komandalarının (11 oyun) şərəfini qoruyub.
saytlarin hazirlanmasi