"Qarabağ" "Səbail"ə qalib gəldi

00:04 - 16 İyun 2019

Növbəti mövsümə hələlik Bakıda hazırlaşan “Qarabağ” və “Səbail” klubları bu gün yoxlama oyununda üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşmada qapılara bütövlükdə dörd qol vurulub.

 

Hər biri 30 dəqiqədən ibarət olan iki hissənin sonunda “Qarabağ” 3:1 hesablı qələbəyə sevinib.

 

Ağdam klubunun heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənib. “Səbail”in təsəlli qolunu isə Fəhmin Muradbəyli vurub.

Xəbər xətti