Bu gün “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun doğum günüdür.
Uzun illər Azərbaycan milisinin şərəfini qorumuş və kapitanı olmuş təcrübəli müdafiəçi 1982-ci ildə Bakıda dünyaya gəlib. Sadıqov 37 yaşını qeyd edir.
Karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olan futbolçu, ölkəmizdə “Turan”, “Neftçi”, Türkiyədə “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”, İranda isə “Fulad”da çıxış edib.
2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudur.
saytlarin hazirlanmasi