"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.
Sportal.az xəbər verir ki, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları 5-i səpələnmiş, 5-i səpələnməmiş olmaqla 10 komandalı qruplara bölüb.
Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:
"Valetta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan).
I təsnifat mərhələsinin püşkü sabah Bakı vaxtı ilə 16:30-da atılacaq.
saytlarin hazirlanmasi