"Qarabağ" Avstriyaya gedir

13:55 - 18 İyun 2019

"Qarabağ" bu gün Avstriyaya gedir.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu təlim məşq toplanışının ikinci mərhələsi üçün sözügedən ölkəyə yola düşür. Qurban Qurbanovun komandası orada 2 həftə hazırlıq keçəcək.
 

Qeyd edək ki, "Qarabağ" toplanış müddətində 4 yoxlama oyunu keçirəcək. Ağdamlılar iyunun 22-də Bolqarıstanın "Ludoqorets", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

Xəbər xətti