Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb
Sportal.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ"ın I mərhələni keçəcəyi təqdirdə qarşılaşacağı komanda da müəyyənləşıb.
Ağdam klubu Albaniya "Partizani"sini mübarizədən kənarlaşdırsa, “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. II raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.
saytlarin hazirlanmasi