"Qarabağ" Avstriyadadır

10:06 - 19 İyun 2019

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışı üçün yollandığı Avstriyaya çatıb.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv bu gündən etibarən ilk məşqinə çıxacaq.

 

Ağdam klubu 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Universitatya Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

Xəbər xətti