"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu

15:03 - 19 İyun 2019

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdıra bilməsə, mübarizəni Avropa Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu "Partizani"ni keçə bilməsə, "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Xəbər xətti