"Qalatasaray" ötən mövsümün ikinci yarısında Belçikanın "Standart" klubundan satın alma şərtiylə icarəyə götürdüyü Kristian Luyindamanın transfer hüququna yiyələnib.
Sportal.az footnews.be saytına istinadən xəbər verir ki, İstanbul klubu 3 milyon avro ödəyərək icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer edib. 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu keçid üçün Belçika təmsilçisinə 6 milyon avro ödənilib. "Sarı-qırmızılar" ümumilikdə, Konqo Demokratik Respublikası millisinin üzvü üçün 9 milyon avro ödəyib.
Qeyd edək ki, Luyindama 2017-ci ildən "Standart"da çıxış edirdi.
saytlarin hazirlanmasi