“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb.
Montenqrolu əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib.