Aleksandr Səmədov Azərbaycan klubuna keçir?

11:34 - 21 İyun 2019

Ötən mövsümün qış fasiləsində Rusiyanın "Spartak" klubundan "Krılya Sovetov"a keçən Aleksandr Səmədov karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az sportmail.ru-ya istinadən xəbər verir ki, azad agent statusu daşıyan 34 yaşlı yarımmüdafiəçi oyunçunun xidmətində maraqlı olan klubun adı açıqlanmayıb.

 

Səmədovun "Krılya Sovetov"la yeni müqavilə imzalamaq variantının olduğu da xəbərdə vurğulanıb.

 

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Aleksandr Səmədov paytaxtın "Lokomotiv", "Moskva" və "Dinamo" klublarında da çıxış edib. Təcrübəli oyunçu 2011-2018-ci illərdə Rusiya yığmasında forma geyinib. Səmədov DÇ-2018-dən sonra milli karyerasını başa vurub.

Xəbər xətti