"Qarabağ" Bolqarıstan klubuna uduzdu

21:22 - 22 İyun 2019

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb. Qurban Qurbanovun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, “Qarabağ” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası iyunun 25-də Rumıniyanın “Krayova”, 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də qarşılaşacaq.
 

22 iyun

Yoxlama oyunu

 

20:00. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) - 0:2
Qollar: Marselinyo, 17, D. Bakalov, 71

Xəbər xətti