"Səbail"dən növbəti transfer RƏSMİ

13:55 - 23 İyun 2019

“Səbail” daha bir futbolçunu transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ötən mövsümü “Zirə”də keçirmiş Bilal Həmdi ilə müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli yarımmüdafiəçinin müqavilə şərtləri açıqlanmayıb.

 

Qeyd edək ki, “Səbail” daha öncə Kamal Bayramov, Dilan Duventru, Turan Manfov, Urfan Abbasov,  Daniel Bojinovski və Mirabdulla Abbasovu transfer edib.

Xəbər xətti